...

MDB ÖLKƏLƏRİNİN İNSAN EHTİYATLARININ İNKİŞAFI VƏ İDARƏ OLUNMASI ÜZRƏ REGİONAL İCLAS BAŞA ÇATIB

Telekommunikasiya Materials 6 Oktyabr 2005 17:11 (UTC +04:00)

Oktyabrın 5-də Bakıda informasiya və telekommunikasiya texnologiyaları sahəsində insan ehtiyatlarının inkişafı və idarə olunması üzrə ilk regional iclas öz işini başa vurub. Rabitə Nazirliyindən Trend ə verilən məlumata görə, iclas Rabitə Nazirliyi və Ümumdünya Telekommuniksiya Birliyi (International Telecommunication Union) tərəfindən təşkil olunub.

İclasın işində MDB-nin 9 ölkəsindən 17 nəfər, o cümlədən, ITU-dan iki nümayəndə iştirak edib.

İclasın keçirilməsində əsas məqsəd İKT sahəsində insan ehtiyatlarının inkişafı və idarə olunması məsələlərini, bu istiqamətdə MDB ölkələrinin təcrübə mübadiləsini müzakirə etmək idi.

Azərbaycan tərəfdən tədbirdə Nazirliyin strateji planlaşdırma və elmi potensialı şöbəsinin müdiri İlham Mərdanov, kadrlar və hüquq şöbəsinin müdiri Bəxtiyar Məmmədov, həmçinin, Azerpoct DM, Aztelekom İB, Azercell və Bakcell BM, Katel və digərlərinin nümayəndələri iştirak edib.

İclasın sonunda iştirakçıların tövsiyyəsilə yekun sənəd qəbul edilib.

Xəbər lenti

Xəbər lenti