...

CASPIANINFOSOM KONFRANSINDA AZƏRBAYCANDA TEXNOPARKLARIN YARADILMASI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLƏCƏK

Telekommunikasiya Materials 6 Oktyabr 2005 18:17 (UTC +04:00)

CaspianInfoSom beynəlxalq konfransında Azərbaycanda texnoparkların yaradılması və inkişafı üzrə məsələlər müzakirə olunacaq. Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin strateji planlaşdırma və elmi potensial şöbəsinin elmi potensial bölməsinin müdiri Rüfət Gülməmmədovun Trend ə verdiyi məlumata görə, CaspianInfoSom BakuTel -in telekommunikasiyalar və informasiya texnologiyaları 11-ci beynəlxalq sərgisi çərçivəsində oktyabrın 27-dən 28-nə kimi keçiriləcək.

Onun sözlərinə görə, 100 nümayəndənin, eləcə də xarici nümayəndənin iştirak edəcəyi planlaşdırılan tədbirdə R.Gülməmmədovun texnoparklar barədə çıxışından başqa, Ernst& Young auditor şirkətinin nümayəndəsinin ölkədə texnoparkların yaradılması şərti ilə təqdimatı gözlənilir.

BakuTel-in sərgisi oktyabrın 26-29-da keçiriləcək. Burada dünyanın 20 ölkəsindən 100-dən artıq şirkət ilk dəfə olaraq bank texnologiyaları və elektron hökumət üzrə yeni bölmələr nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti