...

ƏLİ ABBASOV: "İCTİMAİ TELEVİZİYAYA HƏR İL 3,6 MİLYON MANAT AYRILMALIDIR"

Telekommunikasiya Materials 7 Oktyabr 2005 15:25 (UTC +04:00)

"İctimai televiziyaya ölkənin 95 faiz ərazisini əhatə etmək üçün hər il 3,6 milyon manat ayrılmalıdır". Trend xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, bu il Azerselldən gələn 124 milyard manat dividentdən 30 milyardı İctimai televiziyanın yayım infrastrukturunun yaxşılaşdırılmasına yönəlib. O, enerjinin qiymətinin qalxması ilə yanaşı rabitə xidmətlərinin azalmasından narahtlıq keçirdiyini də vurğulayıb: "Ölkədə əmək haqları, gəlirlər artır, ancaq rabitə sahəsində bu göstərici yalnız infrastrukturun genişləndirilməsi ilə arta bilər".

Ə.Abbasov onu da bildirib ki, əgər bu sahə genişləndirilməsə və bunun müqabilində nazirlik gəlir əldə etməsə, onda müəyyən qiymətlərin qaldırılması məcburiyyətində qalacaqlar. Nazir təklif verərək bildirib ki, dövlət rabitə və informasiya texnologiyaları nazirliyindən divident almasın, Nazirlikdə qalan vəsait telekommunikasiyanın inkişafına yönəlsin.

Xəbər lenti

Xəbər lenti