...

"AZƏRPOÇT" GƏLƏN İLDƏ 1,6 MİLYON MANAT ZƏRƏRLƏ İŞLƏYƏCƏK

Telekommunikasiya Materials 7 Oktyabr 2005 15:27 (UTC +04:00)

"2006-cı ildə "Azərpoçt" 1,6 milyon manata qədər zərərlə işləyəcək" Trend xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir belə bir nəticəyə gəlməsini telekommunikasiyadan gələn gəlirlərlə ölçüldüyünü qeyd edib: "Azərpoçt"da 4 min işçi çalışır. Onların 1200-nün əmək haqqısı bu gün respublikada minimum əmək haqqından aşağıdır. "Azərpoçt"un gəlirlərinin 45 faizi telekommunikasiyadan gələn gəlirlərin hesabı vasitəsilə örtülür".

Nazir bəzi məsələlərin dövlət səviyyəsində həll edilməsi məqsədilə Prezident Aparatına, Nazirlər Kabinetinə və Milli Məclisə məktub ünvanladığını da qeyd edib: "Apardığımız təhlillər göstərir ki, Azərbaycanda informasiya, elektron avadanlıqları məhsullarının sərbəst iqtisadi zona kimi yaradıb bu sahəni inkişaf etdirmək mümkündür".

Ə.Abbasov onu da bildirib ki, gələn ildə belə problemlərlə üzləşməmək üçün 2006-cı il dövlət büdcəsindən "Azərpoçt"a 1,6 milyon manat ayrılmalıdır.

Xəbər lenti

Xəbər lenti