...

2006-CI İLDƏN AZƏRBAYCANDA RABİTƏ İŞÇİLƏRİ GÜNÜNÜN DƏQİQ TARİXİ MÜƏYYƏN OLUNACAQ

Telekommunikasiya Materials 8 Oktyabr 2005 13:58 (UTC +04:00)

2006-cı ildən Azərbaycanda rabitə sahəsində işçilərin peşəkar gününün dəqiq tarixi məlum olacağı mümkündür.Bu barədə Trend ə oktyabrın 8-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, hələlik dövlət tərəfindən rabitə gününün dəqiq tarixi müəyyən edilmədiyindən bu məsələdə bir sıra qeyri-müəyyənliklər mövcuddur.

"Biz bu məsələ üzərində işləyirik və gələn ildən respublikada rabitə gününü dəqiq tarixinin məlum olacağı gözlənilir. Lakin buna baxmayaraq, biz peşəkar bayramımızı Ümumdünya Poçt Birliyinin yaradıldığı tarixlə eyni vaxtda keçiririk" - deyə nazir bildirib.

A.Abbasov izah edib ki, qeyri-müəyyənliyin səbəbəi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasında Poçt və Teleqraf Nazirliyinin yaradılması tarixinin dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Arxivdə aparılan işlərlə əlaqədardır.

9 oktyabr 1874-cü il Ümumdünya Poçt Birliyinin yaradıldığı rəsmi tarix hesab olunur və bu gün hər il beynəlxalq poçt idarələri tərəfindən Ümumdünya poçt günü kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti