...

RABİTƏ NAZİRLİYİ "ELEKTRON HÖKUMƏT BARƏDƏ" QANUN LAYİHƏSİ HAZIRLAYIR

Telekommunikasiya Materials 8 Oktyabr 2005 14:47 (UTC +04:00)

Yaxın vaxtlarda Rabitə və İnformasiya texnologiyaları Nazirliyi elektron hökumət barədə qanun layihəsi hazırlayır və ölkənin dövlət strukturlarına və parlamentə təqdim edib. Bu barədə, Trend in məlumatına görə, oktyabrın 8-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlmat verib.

Onun sözlərinə görə, müxtəlif fəaliyyət sahələrinə informasi-kommunikasiya texnologiyalarının tətbiqinin həyata keçirilməsi üçün dəqiq hüquqi bazanın olması zərurdir.

"Hesab edirəm ki, gələn il Milli Məclisin çağırışı ilə Elektron hökumət üzrə qanun layihəsi qəbul ediləcək və bundan sonra bu istiqamətdə bir sıra hüquqi sənədlər hazırlanacaq"-deyə nazir bildirib.

A.Abbasov qeyd edib ki, artıq Elektron hökumət çərçivəsində komponentlərin reallaşdırılması üzrə işlər aparılır. Buna misal kimi Dövlət Gömrük KomitəsindəÖ Xarici İşlər Nazirliyində və s. informasiya sistemlərini yaradıomasını göstərmək olar.

Xəbər lenti

Xəbər lenti