...

AZERENERJI SƏHMDAR CƏMİYYƏTİNİN MÜTƏXƏSSİS QRUPU ABŞ-A GEDİB

Telekommunikasiya Materials 10 Oktyabr 2005 13:30 (UTC +04:00)

Azerenerji SC-nin mütəxəssislərindən ibarət qrup Birləşmiş Ştatlara bir həftəlik ezamiyyətə gedib. SC-in mətbuat xidmətindən Trend ə verilən məlumata görə, qrupun tərkibinə şirkətin baş dispetçeri Həsən Həsənov, "Şimal" DRES-nın direktoru Vüqar Şahmuradov, rabitə xidməti və idarəetmə vasitələri texnologiyalarının rəisi Məhəmmədəli Ömərov və Sumqayıt Elektrik Stansiyasının baş mühəndisi Elçin Məmmədov daxildir.

General Electric şirkətinin dəvəti ilə həyata keçirilən səfərdə məqsəd dispetçerləşdirmə üzrə amerikalıların iş təcrübəsini, Azerenerji-nin hazırda mənimsəməyə çalışdığı SCADA-nın iş prinsiplərinin detalları ilə tanışlıq məqsədi daşıyır.

Cari ilin iyul ayının sonlarında General Electric Azərbaycanın sənaye və energetika Nazirliyində idarənin mütəxəssisləri və Azerenerji SC üçün SCADA dispetçer idarəsi sisteminin təqdimatını həyata keçirib. Şirkət keçmiş SSRİ-nin bir sıra ölkələrində, o xümlədən, Baltik respublikalarında işləyir.

Hazırda Dünya Bankı Azerenerji-də təkmilləşdirilmiş dispetçer sisteminin idarə edilməsi layihəsi və SCADA sisteminin tətbiqi üçün $48 milyon krediti təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti