...

AZƏRBAYCAN ÜMUMDÜNYA POÇT İTTİFAQI İNZİBATİ ŞURASININ İCLASINDA İŞTİRAK EDİR

Telekommunikasiya Materials 10 Oktyabr 2005 16:58 (UTC +04:00)

"Azərbaycan Ümumdünya Poçt İttifaqı İnzibatı Şurasının illik iclasında iştirak edir". Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin poçt şöbəsinin müdiri Novruz Məmmədov rəhbərlik edir. İclas oktyabrın 21-ə kimi Berndə keçiriləcək.

Azərbaycan da daxil olmaqla dünyanın 40 ölkəsi ÜPİ İŞ-nin üzvüdür.

İclas çərçivəsində AzerExpresspocht müəssisəsinə poçt sahəsində göstərdiyi yüksək keyfiyyətli xidmətlərinə görə, gümüş suyuna çəkilmiş sertifikat veriləcək.

İclasda keçirilmiş tədbirlərin yekunları, xüsusilə, poçt markalarının dünyada qanunsuz yayılmasının qarşısının alınması, həmçinin, tanınmamış Dağlıq Qarabağ Respublikasında qanunsuz nəşrlərin və poçt markalarının yayılması ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti