...

2005-Cİ İLİN SONUNA KİMİ KURA MMC SUMQAYIT VƏ BAKI MƏKTƏBLƏRİNİ 4 MİN KOMPÜTERLƏ TƏMİN EDƏCƏK

Telekommunikasiya Materials 12 Oktyabr 2005 10:58 (UTC +04:00)

Cari ilin sonuna kimi Mingəçevirdə kompüter istehsal edən Kura MMC Sumqayıt və Bakı məktəblərini 4 min kompüterlə təmin edəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya mərkəzindən Trend ə verilən məlumata görə, hazırda Bakı şəhərinin Nizami, Səbail və Yasamal rayonlarının məktəbləri üçün 85 kompüter istehsal olunub.

Mərkəzdə, həmçinin, o da bildirilib ki, yaxın vaxtlarda müəssisə yerlərdə xidmətlər göstərmək məqsədilə Bakıda servis mərkəzləri açacaq.

Bu tədbirlər təhsil nazirinin ölkənin orta məktəblərinin kompüter avadanlıqları ilə təmin olunması ilə bağlı sifarişinin yerinə yetirilməsinə uyğun olaraq aparılır. Bu məsələ üzrə elan olunmuş tenderin qalibi isə məhz Kura MMC olub.

Bu vaxta qədər müəssisəyə $1,2 mln investisiya qoyulub ki, bu vəsait də həm zavodun inşasına, həm də onun texniki xəttinin təmin olunmasına sərf edilib.

Xəbər lenti

Xəbər lenti