...

RABİTƏ NAZİRLİYİ İSTİFADƏYƏ 90 MİNDƏN ARTIQ NÖMRƏ VERİB

Telekommunikasiya Materials 12 Oktyabr 2005 12:04 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi istismara 90 101 telefon nömrəsi verib.

Rabitə Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsindən Trend ə verilən məlumata görə, onların 29776-sı Aztelekom, 60 325-i isə Bakı Telefon Rabitəsi İB-nin payına düşür.

Bu dövr ərzində həm pataxtda, həm də regionlarda yeni telefon stansiyalarının istismara verilməsi üzrə tədbirlər keçirilib. 100-dən çox obyekt istismara verilib.

Hazırda nazirliyin müəssisələri tərəfindən Xaçmaz, Sabirabad, Naftalan, Goranboy, Quba və cənub bölgələrdə rabitənin elektronlaşdırılması üzrə tədbirlər keçirilir.

RİTN-in tədbirlər planına uyğun olaraq cari ilin sonuna kimi, Ağdam və Fizuli kimi sərhəd rayonlarının kəndlərində rabitənin elektronlaşdırılması nəzərdə tutulub.

Bu tədbirlər 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına uyğun olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti