...

AZƏRPOÇT DÖVLƏT MÜƏSSİSƏSİNİN POÇT ŞƏBƏKƏSİNDƏ 178 YENİ İŞ YERİ AÇILIB

Telekommunikasiya Materials 12 Oktyabr 2005 16:57 (UTC +04:00)

"2005-ci ilin əvvəlindən Azərpoçt dövlət müəssisəsi tərəfindən 178 yeni iş yeri açılıb". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə müəssisənin baş direktorunun müavini Sübhan Kazımov bildirib.

Onun sözlərinə görə, müəssisəsinin bütün respublikada 1176 poçt şöbəsi və 143 poçt agenti var. Poçt şəbəkəsi əməkdaşlarının ümumi sayı isə 5875 nəfərdir, onların 1243 nəfəri poçtalyondur.

S.Kazımov, həmçinin, onu da qeyd edib ki, hazırda ölkədə təxminən 3 min poçt qutusu var. 2005-ci ilin sonuna kimi regionlarda 2500 poçt qutusu quraşdırılacaq ki, buna da 993,8 mln manat ($216 mindən çox) sərf olunacaq.

Müəssisənin rəhbəri Qəmbər Bəybalayevin sözlərinə görə, müəssisə tərəfindən artıq 300 poçt şöbəsi tikilib.

Bundan başqa, o qeyd edib ki, 2006-cı ilin əvvəlindən poçt rabitə işçilərinin əmək haqlarıın artırılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti