...

TOSHIBA AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDAN RAZIDIR

Telekommunikasiya Materials 13 Oktyabr 2005 13:41 (UTC +04:00)

Toshiba şirkəti Azərbaycanla əməkdaşlıqdan məmnundur. Trend in məlumatına görə, bu barədə oktyabrın 13-də Toshiba Europe GmbH şirkətinin fərdi kompüterlər departamentinin Moskva nümayəndəliyinin rəhbəri İqor Snıtko bəyan edib.

Onun sözlərinə görə, şirkət MDB ərazisində Azərbaycan bazarına xüsusi diqqət ayırır. "Birmənalı şəkildə Azərbaycan bazarı gələcəkdə dinamik inkişaf edəcək, sorğunun və anlaşmanın olduğu bazardır", - deyə Toshiba-nın nümayəndəsi qeyd edib.

Azərbaycanda biznesin tətbiq edilməsinin əsas səbəbini İ. Snıtko ölkədə iqtisadi və siyasi vəziyyətin sabit olmasında, ölkədə xarici şirkətlər üçün yaradılan zəruri biznes mühitin olması ilə izah edib.

Toshiba avadanlıqlarının tədarükü 1998-ci ildən Mitsubishi Corporation ticarət evi vasitəsilə (ayda 10-15-20 notbuk) həyata keçirilir. 2000-ci ildə şirkət AZEL-lə (nəticədə AZEL Orta və Zaqafqaziyada Toshiba məhsullarının rəsmi distribyutoru olub)razılaşma imzalayıb. Bu gün bir ay ərzində yüzlərlə notbuk tədarük olunur.

Xəbər lenti

Xəbər lenti