...

AZƏRPOCT –UN FƏALIYYƏTININ GENIŞLƏNDIRILMƏSI DÜNYA BANKININ LAYIHƏSI ÇƏRÇIVƏSINDƏ PLANLAŞDIRILIR

Telekommunikasiya Materials 13 Oktyabr 2005 20:26 (UTC +04:00)

AR maliyyə nazirliyi Azərpoct-a dövlət dotasiyalarının veriləcəyini deyir. Trend bildirir ki, bu barədə maliyyə naziri Əvəz Ələkbərov bəyan edib.Onun sözlərinə görə, Azərpoct göstərilən xid mətlərin növlərini genişləndirməli, idarəetmə sisteminə dəyişikliklər etməli və fəaliyyətində dünya standartlarına keçməlidir. " Azərpoct-un fəaliyyətinin genişləndirilməsi Dünya bankının maliyyələşdirdiyi layihə çərçivəsində planlaşdırılır, amma bunun gerçəkləşdirilməsinə hələlik başlanılmayıb" -deyə Ə.Ələkbərov qeyd edib.

"Maliyyə xidmətlərinin inkişafı layihəsi"nin (FSDP) ümumi dəyəri $17,5 mln. təşkil edir ki, bunun da $12,25 mln.-nu (SDR 8,4 mln.) Dünya bankı 35 il müddətinə 10 illik güzəşt 0,75% faiz dərəcəsi ilə verir.Azərbaycanın layihədə payı $5,25 mln. təşkil edir ki, bunun da $1 mln.-nu AMB, $4,25 mln. isə rabitə və informasiya texnologiyaları nazirliyi verir.Layihə çərçivəsində 1325 poçt şöbəsi və 174 poçt agentliyi kompyüterləşdiriləcək və müasirləşdiriləcək.

Azərpoct xidmətlərinin struktur islahatları və təkmilləşdirilməsində $10,95 mln. sərf olunacağı planlaşdırılır, ödəmə sistemi infrastrukturunun yaradılmasının başa çatdırılmasına $1,2 mln., layihənin idarə olunmasına isə $740 min sərf olunacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti