...

Malta Fimbank-ın işi üzrə növbəti məhkəmə iclası noyabrda keçiriləcək

Telekommunikasiya Materials 15 Oktyabr 2005 11:36 (UTC +04:00)

Malta Fim Bank -ın Azərbaycan hökumətinə qarşı qaldırdığı məhkəmə iddiası üzrə işlə bağlı növbəti məhkəmə iclası noyabrın 16-da Rotterdamda olacaq.Qeyd edək ki, bank rabitə nazirliyi və Pochtbank AKB-nin zəmanəti ilə nazirliyin müəssisələrinə verdiyi kreditin guya ödənmədiyini iddia edir.Rabitə nazirliyinin hüquq şöbəsinin müdiri Bəxtiyar Məmmədov Trend ə bildirib ki, məhz bu müddətədək Azərbaycan tərəfi dövlətin bu işdə iştirakı olmadığını sübut etmək üçün hazırlanmış bütün sənədləri məhkəməyə təqdim etməli idi.

Onun sözlərinə gör, dəqiqləşdirici işlərin aparılması və hökumətin maraqlarının müdafiəsi xəttinin hazırlanması məqsədilə bu günlərdə vəkillər dövlət strukturunda olub.

Bu işə yalnız rabitə nazirliyinin deyil, həm də ARDNŞ-nin cəlb edilməsindən dolayı hər iki struktura aid bütün müvafiq sənədlər və materiallar hazırlanıb. "Aparılan bütün işlərə baxmayaraq məhkəmə Azərbaycan tərəfinin dəyən maddi və mənəvi ziyanın ödənməsi barədə iddia qaldırması, Fim Bank-a isə cavab sənədlərinin hazırlanması üçün 6 həftə ayrılması səbəbindən yenə də uzadıla bilər" -deyə B.Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti