...

Oktyabrdan Baki Telefon Rabitasi CDMA xidmətləri göstərməyi planlaşdırır

Telekommunikasiya Materials 21 Oktyabr 2005 13:04 (UTC +04:00)

Bakı Telefon Rabitasi (BTRİB) İstehsalat Birliyi artıq oktyabr ayından abonentlərə CDMA (Code Division Multiple Access) xidmətləri göstərmək niyyətindədir.İB-dən Trend ə verilən məlumata görə, hazırda bir sıra yerlərdə bu texcnologiyanın tətbiqi həyata keçirilir və cari ayın sonuna kimi CDMA xidmətlərinin tam tətbiq olunmasına başlanılağaq.

Layihənin icraçısı Çinin Huawei şirkətidir. "Bu texnologiyanın tətbiqindən sonra abonentlər telefon nömrələrinin ümumi tutumu 5 min olan tıs 511 indeksindən istifadə edəcəklər.

Yuxarıda göstərilən texnologiyanın təmin edilməsi məqsədilə layihəyə müvafiq olaraq teleqüllədə, eləcə də 438, 477 və 453/455 saylı EATS-də CDMA ötürücüləri quraşdırılacaq.

CDMA-dan birinci növbədə paytaxt və Abşeron yarımadasındakı abonentlər istifadə edə biləcəklər.

CDMA (Code Division Multiple Access - Kod yarımbölmələri olan çoxsaylı daxil olma sistemi) - rəqəmsal simsiz texnologiyadır. CDMA nitqi rəqəmsal informasiyaya konversiya edir ki, o sonradan radiosiqnal kimi simsiz şəbəkəyə göndərilir. Kommersiya məhsulu kimi ilk dəfə 1995-ci ildə meydana çıxan dünyada ən tez yayılan simsiz texnologiyadan biridir. 1999-cu ildə Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunications Union) CDMA-nı "3-cü nəsil" (3G) yeni sismsiz texnologiyalar sistemi üçün sənaye standartı kimi seçib.

Xəbər lenti

Xəbər lenti