...

Bakıda yeni NGN texnologiası mümkündür

Telekommunikasiya Materials 22 Oktyabr 2005 12:19 (UTC +04:00)

NGN (Next Generation Network) texnologiyasının quraşdırılması üzrə işlər başa çatdırılıb. Bakı Telefon Rabitəsi (BTRIB) İB-də Trend ə bildirilib ki, ATS-64 bazasında NGN -ə qoşulma təmin edilib və bunun nəticəsində bu stansiyanın abunəçiləri həmin texnologiyadan yararlana bilər ki, bu da öz növbəsində rabitə sahəsində göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xeyli təsir edir.

Layihənin icraçısı Çinin Huawey şirkətidir. "Yenidən 564 indeksləşdirilməsi nəticəsində 464 indeksli telefon nömrələrinin ümumi tutumu 10016 nömrə təşkil edir" -deyə İB-də qeyd olunub.

NGN (gələcək nəslin şəbəkəsi) nitq, təsvir və kommutasiya paketlərindən istifadə ilə məlumatların verilməsi üçün nəzərdə tutulmuş çoxtərəfli universal şəbəkədir. NGN şəbəkəsi telekommunikasiya trafikinin müxtəlif növləri üçün zəruri olan xidmətin keyfiyyətini təmin edir.

Həmin texnologiyanın Bakıda tətbiqi abunəçilərə IoIP-telefoniya, səs poçtu, məlumatların ötürülməsi xidmətləri, multimediya xidmətləri, virtual özəl şəbəkələr, məlumatlar mübadiləsinin vahid şəklə salınması, bir anlıq məlumatlar mübadiləsi, interaktiv danışıq cavabları sistemi xidmətləri, interaktiv oyunlar, videokonfranslar və ev meneceri kimi xidmətlərdən istifadə etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti