...

AR rabitə və informasiya texnologiyaları nazirliyi bütün seçki məntəqələrini telefon rabitəsi ilə təmin edib

Telekommunikasiya Materials 26 Oktyabr 2005 13:51 (UTC +04:00)

Azərbaycan prezidentinin ölkənin Milli Məclisinə seçkilərə hazırlıq və onun keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncamının yerinə yetirilməsi çərçivəsində rabitə və informasiya texnologiyaları nazirliyi bütün (4500-dən çox) seçki məntəqələrini telefon rabitəsi ilə təmin edib. Trend bildirir ki, oktyabrın 26-da rabitə naziri Əli Abbasov bu barədə bəyan edib.

Onun sözlərinə görə, ölkənin adi telefon rabitəsinin quraşdırılması mümkün olmayan ucqar rayonlarında rabitənin təmin edilməsi üçün mobil telefonlar və pulsuz danışıq kartları paylanıb. "Seçkilər zamanı baş verə biləcək qəza hallarının aradan qaldırılması üçün nazirliyin fövqəladə hallar üzrə 5 operativ qrupu fəaliyyət göstərəcək" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti