...

Nazir hesab edir ki, 3 ildən sonra Azərbaycanın İKT sektoru orta dünya standartlarını üstələyəcək

Telekommunikasiya Materials 26 Oktyabr 2005 16:31 (UTC +04:00)

"2005-2008-ci illərdə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət proqramı"nın gerçəkləşdirilməsi ölkəyə 3 ildən sonra bu sahədə orta dünya standartlarını üstələməyə imkan verəcək.Oktyabrın 26-da bu barədə Trend ə ölkənin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bəyan edib.

Dövlət proqramı çərçivəsində super kompyuter mərkəzi yaradılacaq. "Bu, AMEA və biznes sektorunun köməyilə yaradılacaq.Mərkəz sertifikatlaşdırma, milli təhlükəsizliyin təmin edilməsi və digər milli əhəmiyyətə malik funksiyaları həyata keçirəcək.Bunun üçün xüsusi tədbirlər proqramı işlənib-hazırlanacaq.Qiyməti hələlik məlum deyil" -deyə o qeyd edib.

Ə.Abbasovun sözlərinə görə, Nazirlik ölkənin statistika Komitəsi ilə birgə telekommunikasiya sektoru statistikasının hazırlanması layihəsi üzərində iş aparır.Bu istiqamətdə 2006-cı ildə statistika toplusu dərc ediləcək.

Xəbər lenti

Xəbər lenti