...

RRC Group Bakıda nümayəndəliyini açacaq

Telekommunikasiya Materials 28 Oktyabr 2005 12:13 (UTC +04:00)

İKT sahəsində müxtəlif avadanlıqların tədarükü üzrə formalaşmış RRC Group beynəlxalq şirkəti Bakıda nümayəndəliyini açmağı planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə şirkətin prezidenti Konstantin Sidorov bildirib.

Onun sözlərinə görə, idarə heyəti bu qərara aparılmış araşdırmalar nəticəsində gəlib.

"Bakıda nümayəndəliyin açılması ilə bağlı qərar ölkədə sabit siyasi və iqtisadi vəziyyət, burada fəaliyyət göstərən xarici müəssisələrə yaradılmış əlverişli biznes mühiti nəticəsində qəbul edilib", - deyə o qeyd edib.

Şirkətin prezidenti onu da bildirib ki, nümayəndəlik 2005-ci ilin sonunda və ya 2006-cı ilin əvvəlində açılacaq.

Şirkətin Moskvada, Peterburqda, Kiyevdə, Varşavada, Praqada ofisləri fəaliyyət göstərir. Sonuncu dəfə daha bir ofis 2005-ci ildə Qazaxıstanda açılıb.

"Bakıda ofisin açılması Azərbaycanın İKT şirkətləri ilə əməkdaşlığın genişlənməsinə imkan verəcək", - deyə RRC rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti