...

İlin sonuna kimi Azərbaycanda beynəlxalq danışıqlar tarifləri yenə aşağı düşəcək

Telekommunikasiya Materials 28 Oktyabr 2005 18:12 (UTC +04:00)

Azərbaycanda daxil olan beynəlxalq danışıqların trafiki çıxanları üstələyir. Bu barədə Trend ə oktyabrın 28-də Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin nizamlama şöbəsinin müdiri İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, buna səbəb bu gün beynəlxalq danışıq tariflərinin yüksək olmasıdır. "Nazirliyin dəfələrlə bu xidmət, eləcə də İP telefoniyaüzrə tarifləri aşağı salmasına baxmayaraq digər ölkələrlə müqayisədə çox yüksək olaraq qalır", - deyə o bildirib.

"Məhz bu məqsədlə Nazirlik işlər aparmağı və təkliflər hazırlamağı planlaşdırır", - deyə İ.Məmmədov qeyd edib.

İ.Məmmədov hesab edir ki, tariflərin növbəti ucuzlaşması artıq 2006-cı il yanvarın 1-nə qədər gözlənilir. "Tariflərin azaldılması sadə proses deyil. O, bir sıra neqativ təzahürlərin yaranmasına yol verməmək üçün mərhələli şəkildə həyata keçirilməlidir", - Nazirliyin nümayəndəsi qeyd edib.

Rabitə Nazirliyi beynəlxalq danışıq tariflərini 2004-cü ilin sentyabrında 30%-50% aşağı salıb.

"Tariflər çıxan və daxil olan tariflər arasında balans yaranan kimi aşağı endiriləcək", - deyə şöbə rəhbəri sonda bildirib.

Xəbər lenti

Xəbər lenti