...

Azərbaycana xarici ölkələrdən daxil olan trafikin həcmi yanvar-sentyabrda 23% artıb

Telekommunikasiya Materials 31 Oktyabr 2005 18:52 (UTC +04:00)

2005-ci ilin yanvar-sentyabr ayları ərzində xarici ölkələrdən daxil olan trafikin həcmi 2004-cü ilin həmin dövrü ilə müqayisədə 23% yaxud 36,05 mln. dəqiqə artıb və 190,91 mln. dəqiqə təşkil edib. AR rabitə və informasiya texnologiyaları nazirliyində Trend ə bildirilib ki, çıxan trafikin həcmi 10,42 mln. dəqiqə yaxud 27% artırılaraq 48,57 mln. dəqiqə təşkil edib.

Nazirlikdə həm də qeyd olunub ki, ilin əvvəli ilə müqayisədə 9 ay ərzində beynəlxalq telefon kanallarının sayı 86 ədəd artırılaraq 3389 ədəd təşkil edib.

Kanalların İnternet şəbəkəsində sürəti 240 Mb/saniyəyə çatıb.

Xəbər lenti

Xəbər lenti