...

İlin əvvəlindən Azərpocht 61 poçt şöbəsini istismara verib

Telekommunikasiya Materials 1 Noyabr 2005 17:54 (UTC +04:00)

İlin əvvəlindən Azərpocht Dövlət Müəssisəsi Azərbaycanda 61 poçt şöbəsi istismara verib. DM-dən Trend ə verilən məlumata görə, tikinti işləri ölkənin bütün regionlarını əhatə edir.

"Tikinti işləri və köhnə obyektlərin yeniləri ilə əvəz edilməsi regionlarda əhaliyə göstərilən poçt xidmətinin yaxşılaşdırılmasına səbəb olub.

Dövlət strukturundan bildirilib ki, ilin sonuna kimi 80 analoji obyektlərin tikintisi nəzərdə tutulub və artıq bu sahədə işlərə başlanılıb.

"Yeni obyektlərin tikilməsi yeni iş yerlərinin açılması deməkdir. Təkcə Dünya Bankının poçt sahəsində həyata keçirdiyi layihənin reallaşdırılması nəticəsində 1 min yeni iş yeri açılacaq", - deyə DM-dən bildirilib.

Poçt şöbələrini tikintisi regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində və Rabitə Nazirliyinin planları vasitəsilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti