...

Gürcüstan və Azərbaycanın rabitə operatorları öz şəbəkələrini Rusiyanın "TransTeleKom şirkəti"lə birləşdirmək istəyirlər

Telekommunikasiya Materials 5 Noyabr 2005 14:14 (UTC +04:00)

Gürcüstan və Azərbaycanın rabitə operatorları bu ölkələrin dəmiryolları boyunca uzanan öz lifli-optik şəbəkələrini Rusiyanın " TransTeleKom şirkəti" ilə birləşdirmək barədə təkliflə çıxış ediblər.

Rusiyanın "TransTeleKom" şirkətindən Qafqaz-Press agentliyinə verilən məlumata görə, belə bir təklif MDB ölkələrinin nəqliyyatın informasiyalaşdırılması üzrə Şuranın ilk iclası zamanı səsləndirilib. Şirkətdən bildirilib ki, bu təklif Birlik ölkələrinin nəqliyyat yollarının vahid Avropa-Asiya nəqliyyyat sisteminə inteqrasiyası yolunda növbəti addımdır.

Şuranın işi zamanı "MDB üzvü olan ölkələrin nəqliyyat kompleksində vahid infokommunikasiya mühitinin yaradılması Konsepsiyası" əsasında daxil edilmənin əsas qaydaları da nəzərdən keçirilib. "TransTeleKom Şirkəti" 1997-ci ildə yaradılıb. Onun səhmdarı şirkətin Nizamnamə kapitalına 100% sahiblik edən "RJD" Açıq Səhmdar Cəmiyyətidir. "TransTeleKom Şirkəti" uzunluğu 45 min km olan magistral-rəqəmsal rabitə şəbəkəsinin operatorudur. Şəbəkə ölkənin dəmiryolları boyunca uzanır və Rusiyanın 89 regionundan 71-də 900 daxilolma qovşağına malikdir.

Xəbər lenti

Xəbər lenti