...

Noyabrın sonuna kimi Aztelekom abunəçilərə CDMA xidmətləri göstərəcək

Telekommunikasiya Materials 7 Noyabr 2005 17:55 (UTC +04:00)

2005-ci il noyabrın sonuna kimi Aztelekom İB abunəçilərə CDMA (Code Division Multiple Access) xidmətləri göstərəcək. İB-dən Trend ə verilən məlumata görə, onun inzibati binasında 5 min nömrə tutumlu CDMA avadanlıqları quraşdırılıb və sistem sınaqdan keçirilib.

Layihədə Sumqayıt şəhəri, Sulutəpə, Fatmayı, Novxanı və Xırdalan qəsəbələrinin simsiz rabitə ilə təmin olunması nəzərdə tutulub. Yeni xidmət növünün telefon indeksi 408 olacaq.

Xidmətlərin tariflərinə gəldikdə İB-də bildirilib ki, bu məsələ üzərində işlər gedir. "Məqsədimiz əhalinin bütün təbəqəsinin CDMA texnologiyasından istifadə edə bilməsi üçün aşağı tarifli xidmət göstərməkdir", - deyə Aztelekomda qeyd edilib.

CDMA avadanlıqları Çinin Huawei şirkəti tərəfindən tədarük olunub.

Xəbər lenti

Xəbər lenti