...

Rabitə Nazirliyi Azərbaycanın IT sahəsinə 100 milyard manatdan artıq investisiya qoyub

Telekommunikasiya Materials 9 Noyabr 2005 12:58 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ölkənin telekommunikasiya sahəsinə 104,917 milrd manat sərmayə qoyulub. Nazirlikdən Trend ə verilən məlumata görə, vəsait əsasən rabitə obyektlərinnin yenidən qurulmasına və yeni telefon xəttlərinin çəkilişinə yönəlib.

Bu müddət ərzində Aztelekom İstehsalat Birliyi 48782,1 miln manat, Baki Telefon Rabitəsi İB 38839,2 miln manat, Teleradio İB 9 milrd 973,9 miln manat, Azərpoct DM 3, 849 milrd manat sərmayə qoyub.

2005-ci ildə Rabitə Nazirliyi telekommunikasiya sahəsinə 96,5 milrd manat investisiya qoymağı planlaşdırır, rabitə sahəsində əhaliyə və təşkilatlara 670,1 milrd manat sərmayə qoymaq və dövlət büdcəsinə 100 milrd manat vəsait köçürmək niyyətindədir.

Azərbaycanın Milli Bankının məlumatına görə, 09.11.05-ci ildə dolların manata olan məzənnəsi 4597 AZM-dır.

Xəbər lenti

Xəbər lenti