...

Azərbaycan ilə Misir arasında İT sahəsində əməkdaşlığa dair memorandum imzalanması gözlənilir

Telekommunikasiya Materials 9 Noyabr 2005 17:22 (UTC +04:00)

Azərbaycan və Misir informasiya-kommunikasiya texnologiyaları (İT) sahəsində əməkdaşlığa dair memorandum imzalamaq niyyətindədir. AR rabitə və informasiya texnologiyaları nazirliyində Trend ə bildirilib ki, bu tədbirin informasiyalı cəmiyyət üzrə Dünya Sammitinin (The World Summit on the Information Society (WSIS) noyabrın 16-dan 18-dək keçiriləcək II Tunis mərhələsi çərçivəsində həyata keçirilməsi planlaşdırılır.

Sənədi AR rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və onun misirli həmkarı Tariq Kamal imzalayacaq.

İki ölkə arasındakı münasibətlərin inkişafı perspektivləri noyabrın 8-də rabitə nazirliyində Əli Abbasov və Misirin Azərbaycandakı səfiri Yusif Əhməd Əl Şərkavinin görüşündə müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti