...

Catel Şəmkirdəki yeni stansiyada montaj işləri aparır

Telekommunikasiya Materials 10 Noyabr 2005 17:14 (UTC +04:00)

Catel (Caspian American Telecommunications, LLC) Azərbaycan-Amerika MM Şəmkirdəki yeni stansiyada həmin regionda simsiz rabitənin genişləndirilməsi üçün montaj işləri aparır. MM-nin icraçı direktoru Sadıq Hümbətov Trend ə bildirib ki, belə simsiz baza stansiyaları Gəncədə, Nabranda və Xudatda da vardır.

"Bununla paralel olaraq Naxçıvan Muxtar Respublikasında (NMR) şəbəkə yaradılması üçün hazırlıq işləri aparılır və Lənkəranda simsiz rabitə xətti çəkilir" - deyə S.Hümbətov vurğulayıb.

Analoji işlər Bakı-Gəncə (Hacıqabul, Kürdəmir, Yevlax, Goranboy) və Gəncə-Ağstafa (Şəmkir, Tovuz, Qazax, Gədəbəy) istiqamətində də gerçəkləşdiriləcək. Eyni vaxtda Xaçmaz, Quba və Qusar kimi rayonların ərazisində stansiyalar quraşdırılacaq.

Müəssisə rəhbəri qeyd edib ki, hazırda MM tərəfindən 65 simsiz baza stansiyası siyariş olunub ki, artıq 2 stansiya quraşdırılıb.Şəbəkə inkişafının təmin edilməsi üçün transmissiya avadanlığı (ötürücülər) sifariş olunub.

Adıçəkilən tədbirlərin gerçəkləşdirilməsi üçün $10 mln.dəyərində investisiya ABŞ-nın OPİC (Overseas Private İnvestment Corporation) hökumət agentliyi tərəfindən müəssisəyə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti