...

Azərbaycanda rabitə sahəsində 1,7 trilyon manatlıq xidmət göstərilib

Telekommunikasiya Materials 18 Noyabr 2005 18:17 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda rabitə sahəsində 1,7 trilyon manatlıq xidmət göstərilib. Trend in məlumatına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 32,2% çoxdur.

Göstərilən xidmətlərin 25% -i dövlət, 75 %-i özəl müəssisələrə göstərilib ki, bunların da artım həcmi müvafiq olaraq 13,2% və 40% təşkil edir.

Bundan başqa, mobil rabitəsində əldə olunan gəlirlərin ümumi həcmi 68,6% təşkil edir ki, bu da ötən illə müqayisədə 43,2% çoxdur və 1176,5 milrd manat həcmindədir.

Azərbaycanın regionlarında rabitə sahəsindəki vəziyyətə gəldikdə burada da əhəmiyyətdi artım qeydə alınır. Belə ki, iqtisadi Aran zonasında göstərilən kommunikasiya xidmətlərinin həcmi 11,3%, Abşeronda 19%, Quba-Xaçmazda 10,7%, Şirvanda 12,6%, Şəki-Zaqatala 13,4%,Gəncə-Qazax 12,9%, Naxçıvanda 20,6% və Lənkəranda 10,9% təşkil edir.

Xəbər lenti

Xəbər lenti