...

2006-cı ildə Yaponiya və Fransa ilə MTF/STEFI sistemi üzrə poçt pul köçürmələrinin həyata keçirilməsi planlaşdırılır

Telekommunikasiya Materials 21 Noyabr 2005 15:36 (UTC +04:00)

2006-cı ildə Yaponiya və Fransa ilə MTF/STEFI sistemi üzrə poçt pul köçürmələrinin həyata keçirilməsi planlaşdırılır. Rabitə və İnformasiya texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, bu istiqamətdə artıq bir neçə müddətdir kiÖ işlərin aparılmasına baxmayaraq, hələləik müəyyən qərar əldə edilməyib.

Rabitə Nazirliyindən həmçinin, bildirilib ki, Azərbaycan tərəfindən heç bir maneə yoxdur. Yubanmaya səbəb əks tərəflərlə bağlıdır.

Hazırda dövlət strukturu analoji məqsədlə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə razılaşmanın imzalanması üzrə hazırlıq işləri həyata keçirilir və onun ilin sonuna kimi imzalanması planlaşdırılır.

2005-ci ilin sentyabrından imzalanmış müqavilə əsasında Moldova ilə MTF/STEFI sistemi üzrə ikitərəfli poçt pul köçürmələrini həyata keçirmək mümkün olacaq və bu məqsədlə danışıqlar 6 aydan artıq həyata keçirilib.

Hazırda Azərbaycan Moldovadan başqa MTF/STEFI sistemi üzrə hələləik Rusiya, Belorus, Ukrayna və Qazaxıstanla poçt pul köçürmələri həyata keçirir.

Xəbər lenti

Xəbər lenti