...

Rabitə nazirliyi elektron hökuməti barədə qanun layihəsi hazırlanır

Telekommunikasiya Materials 21 Noyabr 2005 19:53 (UTC +04:00)

AR rabitə və informasiya texnologiyaları nazirliyi elektron hökuməti barədə qanun layihəsi hazırlayır. Trend in məlumatına əsasən, noyabrın 21-də bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda qanun layihəsi baxılmaq üçün dhövlət strukturlarına və ölkə Parlamentinə təqdim ediləcək.

Nazir hesab edir ki, artıq Milli Məclisin yaz sessiyaında bu qanun layihəsinə baxıla bilər.

Eyni zamanda nazir bildirib ki, hazırda müvafiq infrastruktura hazırlıq üzrə tədbirlər həyata keçirilir.

Bundan başqa, E. hökuməti çərçivəsində komponentlərin gerçəkləşdirilməsi üzrə işlər aparılır. Buna misal olaraq Dövlət Gömrük Komitəsində, xarici işlər nazirliyində və digər strukturlarda informasiya sistemi yaradıla bilər.

Xəbər lenti

Xəbər lenti