...

Azərbaycan Misir ilə İKT sahəsində əməkdaşlığa dair memorandum imzalayıb

Telekommunikasiya Materials 21 Noyabr 2005 20:01 (UTC +04:00)

Azərbaycan Misir ilə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Trend in məlumatına əsasən, noyabrın 21-də bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, bu, informasiya cəmiyyəti üzrə Ümumdunya Sammitinin (The World Summit on the Information Society (WSIS) noyabrın 16-dan 18-dək Tunisdə keçirilən ikinci Tunis mərhələsi çərçivəsində mümkün olub.

Sənədi rabitə naziri Əli Abbasov və Misirin rabitə və informasiya texnologiyaları naziri Tariq Kamal imzalayıb.

Onun sözlərinə görə, ümumi planlaşdırılmış 12 ikitərəfli görüşdən 8-i keçirilib və görüşlər zamanı İKT sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti