...

Azərbaycanın Rabitə Nazirliyinin gəlirləri 600 milyard manatı ötüb

Telekommunikasiya Materials 22 Noyabr 2005 13:43 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin gəliri 611 mlrd manat təşkil edib. Nazirlikdən Trend ə verilən məlumata görə, əhalinin ödəmələri üzrə 244 milyard manat həcmində də gəlir əldə edilib. Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 99 milrd manat və 26 milrd manat çoxdur.

İlin əvvəlindən Rabitə Nazirliyi tərəfindən bütün ölkədə 95 771 telefon nömrəsi istismara verilib. "Bu dövrdə investisiya 105 mlrd manata yaxın olub", - deyə dövlət strukturundan bildirilib.

Bütün cari il ərzində Rabitə Nazirliyi Azərbaycanın telekommunikasiya sahəsinə 96,5 milyard manat investisiya qoymağı, rabitə sahəsində əhaliyə və təşkilatlara 670,1 milyard manat həcmində xidmət göstərməyi və dövlət büdcəsinə 100 milyard manat vəsait köçürməyi planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti