...

Azərpoçt regionlarda Western Union sistemi üzrə poçt pul köçürmələrinin tətbiqinə hazırdır

Telekommunikasiya Materials 25 Noyabr 2005 15:07 (UTC +04:00)

Azərpoçt dövlət müəssisəsi (DM) Azərbaycanın regionlarında Western Union sistemi üzrə poçt pul köçürmələrinin tətbiqinə hazırdır. DM-dən Trend ə verilən məlumata görə, bunun üçün müəssisə tərəfindən bütün işlər artıq yerinə yetirilib.

Müəssisənin müvafiq saziş imzaladığı Parabank Kommersiya bankı tərəfindən texniki işlər görülməlidir. "Bu istiqamətdə işlərin 2006-cı ilin birinci yarısında həyata keçirilməsi planlaşdırılır", - deyə dövlət strukturunda qeyd edilib.

Western Union sistemi üzrə xidmətlərin Azərbaycanın Ağstafa, Bərdə, Daşkəsən, Gəncə, Goranboy, Xanlar, Mingəçevir, Naftalan, Samux, Şəmkir, Tərtər, Şəki, Tovuz və Yevlax kimi 50 rayonunda göstərilməsi planlaşdırılır.

Hazırda bu xidmətlər əhaliyə paytaxtın 10 poçt şöbəsində - mərkəzi poçt şöbəsində, o cümlədən 1, 6, 73, 2, 118, 63, 83, 44 və 45 saylı şöbələrdə göstərilir.

Xəbər lenti

Xəbər lenti