...

Bakıda təhsilin idarə edilməsində İKT rolu barədə dəyirmi masa keçirilib

Telekommunikasiya Materials 25 Noyabr 2005 20:47 (UTC +04:00)

Noyabrın 25-də informasiya sistemləri mərkəzi təhsilin idarə olunmasında informasiya-telekommunikasiya texnologiyalarının rolu barədə dəyirmi masa təşkil edib. Mərkəzdən Trend ə verilən məlumata görə, tədbir təhsilin idarəetmə sistemlərinin innovasiya mordellərinin yaradılması və təhsilin inkişafı layihəsi çərçivəsində keçirilib.

Tədbirdə mərkəzin rəhbəri Osman Qunduz və Təhsil Nazirliyinin nümayəndəsi Akif Əliyev məruzə ilə çıxış ediblər. Tədbirdə "İKT təhsil sahəsində tətbiqi" Dövlət proqramı çərçivəsində eyniadlı TV proqramının yaradılmasının zəruriliyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti