Dekabrda Ağcabədidə rabitənin elektronlaşdırılması üzrə işlərə başlanılması planlaşdırılır. Aztelekom İstehsalat Birliyində (İB) Trend ə bildirilib ki, rayon rabitəsinin elektronlaşdırılması üzrə işlər iki istiqamətdə - mərkəzi ATS-in elektronlaşdırılması və rayonun kənd rabitəsinin tamamilə yenidən qurulması üzrə həyata keçiriləcək.
İşlər tender nəticəsində qalib olmuş iki şirkət - Sloveniyanın İskratel və Türkiyənin Karel şirkətləri tərfindən gkrçəkləşdiriləcək.
"Mərkəzi ATS-in elektronlaşdırılması üzrə işlərin ilin sonunadək başlanılması planlaşdırılır, kənd rabitəsinin yenidən qurulması üzrə tədbirlərə isə 2006-cı ildə başlanılacaq" -deyə İB-də qeyd olunub.
Adıçəkilən tədbirlər 2005-2008-ci illərdə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində həyata keçirilir.