...

Amerikanın Strategic Policy Research şirkətinin nümayəndələri USTDA və Azərbaycanın Rabitə Nazirliyi arasında imzalanmış qrant sazişi çərçivəsində Bakıya gəlib

Telekommunikasiya Materials 30 Noyabr 2005 11:27 (UTC +04:00)

ABŞ-ın Strategic Policy Research şirkətinin nümayəndələri bu ölkənin Ticarət və İnkişaf Agentliyilə (USTDA - United States Trade and Development Agency) Azərbaycanın Rabitə Nazirliyi arasında imzalanmış qrant sazişi çərçivəsində Bakıdadır. Azərbycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, səfər tanışlıq xarakteri daşıyır və dekabrın 10-na kimi davam edəcək.

Agentlik və Rabitə Nazirliyi arasında saziş 2005-ci ilin yanvarında Azərbaycanın rabitə naziri Əli Abbasov və ABŞ-ın Azərbaycandakı işlər müvəkkili Ceyson Haylend tərəfindn imzalanıb. Qrantın ölçüsü təxminən $735 mindir.

Müddəti 2006-cı ildə bitəcək sazişdə Rabitə Nazirliyinin strateji və təşkilati restrukturizasiyasına texniki yardımın, texnologiyaların ötürülməsində məsləhət xidmətlərinin göstərilməsi, informasiya və kommunikasiya texnologiyaları sahəsində biliklərin təkmilləşdirilməsi nəzərdə tutulub.

"Agentlik nazirliyin hüquq və maliyyə şöbələri ilə əsas işlər aparacaq", - deyə dövlət strukturunda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti