...

Bakıda İnformasiya Texnologiyaları İnstitutunun yaradılması perspektivləri müzakirə olunub

Telekommunikasiya Materials 1 Dekabr 2005 18:40 (UTC +04:00)

Dekabrın 1-də Azərbaycanın Təhsil Nazirliyində ölkədə İnformasiya Texnologiyaları İnstitutunun yaradılması perspektivlərinin müzakirəyə çıxarıldığı görüş keçirilib. Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin məlumatında bildirilir. Görüşdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Çalmer İnformasiya Texnologiyaları Universitetinin rektoru Filipp Brener iştirak edib.

Misir Mərdanov ölkədə Çalmer İnformasiya Texnologiyaları Universitetinin təşəbbüsü ilə İKT üzrə ixtisaslaşdırılmış təhsil müəssisələrinin yaradılmasının vacibliyini qeyd edib və bu məqsədlə xüsusi işçi qrupunun yaradılması təklifini irəli sürüb. F.Brener belə universitetin yaradılması üçün Azərbaycanda hər cür şəraitin olduğunu qeyd edib.

Ə.Abbasov Azərbaycanda İKT mühitinin inkişafı ilə əlaqədar İnformasiya Texnologiyaları Universitetinin yaradılmasının zəruriliyin vurğulayıb.

Görüşdə, həmçinin, AEA-nın mütəxəssisləri və özəl İKT müəssisələrinin rəhbərləri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti