...

İlini sonuna kimi Misirlə poçt sahəsində əməkdaşlıq barədə razılaşma imzalanacaq

Telekommunikasiya Materials 6 Dekabr 2005 14:08 (UTC +04:00)

Dekabrın sonuna kimi Azərbaycanla Misir arasında poçt sahəsində əməkdaşlıq üzrə razılaşma imzalanacaq. Azərpocht Dövlət Müəssisəsinin (DM baş direktorunun müavini Sübhan Kazımovun Trend ə verdiyi məlumata görə, bu müəssisə ilə imzalanacaq 15-ci razılaşma olacaq.

Razılaşmada Misirlə Azərbaycanla arasında pul köçürmələrinin mübadiləsinin sürətləndirilməsi üzrə məsələlər, eləcə də poçt bağlamalarının qəbulu və yola salınması tariflərinin hazırlanması üzrə işlər göstərilib.

Onun sözlərinə görə, bu günlərdə analoji sənədlər İran və Vyetnamla da imzalanıb.

Bununla yanaşı, 5 ölkə ilə STEFI sistemi üzrə poçt pul köçürmələrinin həyata keçirilməsi üzrə razılaşma da mövcuddur.

Rabitə sahəsində Tunisdə noyabrın 16-18-də keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Tunis mərhələsinin (The World Summit on the Information Society (WSIS) gedişində iki ölkənin rabitə və informasiya texnologiyaları nazirləri Əli Abbasov və Tarik Kamalla rabitə sahəsində əməkdaşlıq üzrə memorandum çərçivəsində imzalanmış razılaşmanın imzalanacağı da gözlənilir.

Xəbər lenti

Xəbər lenti