...

Dekabrın sonuna kimi Azərbaycanın regionlarında Western Union poçt pul köçürmə sisteminin tətbiqi planlaşdırılır

Telekommunikasiya Materials 7 Dekabr 2005 11:45 (UTC +04:00)

Dekabrın sonuna kimi Azərbaycanın regionlarında Western Union beynəlxalq poçt pul köçürmə sisteminin tətbiqi planlaşdırılır. Azərpoçt DK-dən Trend ə verilən məlumata görə, hazırda bu istiqamətdə əhəmiyyətli işlər aparılır.

"Ümumiyyətlə, müəssisə bu tədbirləri həyata keçirməyə texniki cəhətdən hazırdır, yalnız Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin informasiya-hesablama mərkəzi ilə birgə həyata keçirilən proqramlaşdırma işləri qalıb", - deyə DK-də bildirilib.

Dekabrın sonuna kimi bu sistemin ölkənin 14 regionunda (Ağstafa, Bərdə, Daşkəsən, Gəncə, Goranboy, Xanlar, Mingəçevir, Naftalan, Samux, Şəmkir, Tərtər, Şəki, Tovuz və Yevlax) tətbiqi planlaşdırılır. Hazırda bu xidmətlərdən paytaxtın 10 poçt şöbəsində - mərkəzi poçt şöbəsində, həmçinin, 1, 6, 73, 2, 118, 63, 83, 44 və 45 saylı şöbələrdə istifadə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti