...

Rabitə nazirliyi Azərbaycanın İT-sahəsinə 125,3 mlrd manat investisiya qoyub

Telekommunikasiya Materials 7 Dekabr 2005 12:03 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirliyi tərəfindən ölkənin telekommunikasiya sahəsinə 125,3 mlrd manat vəsait ayrılıb. Nazirlikdən Trend ə verilən məlumata görə, bu vəsaitlər həm paytaxtda, həm də regionlarda rabitə obyektlərinin yenidən qurulmasına və yeni telefon xətlərinin çəkilməsinə sərf olunub.

Bu dövr ərzində Aztelekom İB 62,9 mlrd manat, Bakı Telefon Rabitəsi İB 41,7 mlrd manat, Teleradio İB 10,7 mlrd manat, Azərpoçt DM isə 5,6 mlrd manat vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti