...

Dünya Bankının Azərbaycanın poçt sahəsinin təkmilləşdirilməsi layihəsi çərçivəsində tədbirlər həyata keçirilir

Telekommunikasiya Materials 8 Dekabr 2005 19:34 (UTC +04:00)

Dünya bankının Azərbaycanın poçt sahəsinin təkmilləşdirilməsi layihəsi çərçivəsində tədbirlər həyata keçirilir. Rabitə və İnformasiya Texnologiyaları nazirliyindən Trend ə verilən məlumata görə, hazırda DB-nin Azərbaycanda maliyyə layihəsi üzrə rəhbəri S. Brayoviç-Bratonoviçin başçılıq etdiyi mütəxəssislər qrupu ilə birlikdə bu istiqamətdə işlər görülür, layihə çərçivəsində birinci tender proseduruna hazırlıq üzrə müvafiq materiallar hazırlanır.

Nazirlikdən bildirilib ki, genişləndirilmiş layihə xüsusilə ölkədə poçt müəssisələrinin texniki təchizatı üzrə təxminən 6 tenderin keçirilməsini nəzərdə tutur.

Layihə çərçivəsində texniki işlərin 2006-cı ilin birinci yarısında həyata keçirilməsi planlaşdırılır.

Layihə reallaşdırılqdan sonra Azərpoçt DM müvafiq status alacaq və maliyyə, o cümlədən bank xidmətləri göstərmək üçün milli ödəniş sisteminə qoşulacaq. Layihə çərçivəsində həyata keçiriləcək tədbirlər nəticəsində 1000 yeni iş yerinin açılması nəzərdə tutulub.

Layihə 2005-2008-ci illərdə Azərbaycanda rabitə və telekommunikasiya sisteminin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir. 3 illik layihənin dəyəri $17,5 milyondur. Bu məbləğin $12,25 milyonu DB, qalan vəsait isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq.

Xəbər lenti

Xəbər lenti