...

Azərbaycan və İtaliya arasında "Şəbəkə təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" saziş imzalanıb

Telekommunikasiya Materials 12 Dekabr 2005 14:13 (UTC +04:00)

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun İtaliyaya səfəri çərçivəsində hər iki ölkə arasında "Şəbəkə təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqındha" saziş imzalanıb. Trend in xəbər verdiy kimi, bu barədə Rabitə nazirliyinin dekabrın 12-də yayılmış press-relizində bildirilir.

Saziş Azərbaycan və İtaliyanın rabitə nazirləri Əli Abbasov və Mario Landolfi arasında imzalanıb. Əli Abbasovun ötən həftə başa çatmış səfər zamanı İtaliya ilə İKT sahəsində əlaqələrin inkişafı məsələsi müzakirə olunub.

Səfər çərçivəsində nazir Romada tenxnoloji və tədqiqat parkları ilə tanış olub, həmçinin, İtaliya Senatının "İctimai işlər və rabitə" komissiyasının sədri Luici Qrillo, Deputatlar Palatasının nəqliyyat, poçt və telekommunikasiya daimi komissiyasının sədri Ancelo Sanza, La Sapienza universitetinin rektoru Renato Qvarini və universitetin rabitə fakultələrinin dekanları konfransının prezidenti Mario Mortselini ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti