...

Dövlət Statistika Komitəsi və Rabitə Nazirliyi Azərbaycanda informasiya texnologiyalarının vəziyyəti üzrə məlumatlarla bağlı iş aparır

Telekommunikasiya Materials 14 Dekabr 2005 12:49 (UTC +04:00)

Dövlət Statistika Komitəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Azərbaycanda IT vəziyyəti uzrə məlumatların hazırlanması üzrə iş aparır. Rabitə Nazirliyindən Trend ə verilən məlumata görə, indiyə kimi kommunikasiya texnologiyalarının texniki tərəfi üzrə göstəricilər olub. Məsələn, hər yüz abunəçidə telefonların sayı və s. Lakin hazırda indi aparılan işlər ilk dəfədir ki, həyata keçirilir.

"Aparılan işlərin əsas məqsədi Azərbaycanda informasiya cəmiyyətinin inkişaf səviyyəsini müəyyən etməkdir", -deyə dövlət strukturundan bildirilib.

Eyni zamanda, İnternetdən və digər İT-nın xidmətlərindən istifadə səviyyəsinin müəyyən edilməsi ilə bağlı işlər də aparılacaq. Xatırladılan işlər Dövlət Statistika Komitəsi ilə Rabitə Nazirliy arasında imzalanmış razılaşma əsasında həyata keçirilir. "İşlər 2006-cı ilin martında başa çatdırılacaq", - deyə sonda Rabitə Nazirliyindən bildirilib.

Xəbər lenti

Xəbər lenti