...

2006-cı ildə Bakıda rabitənin elektronlaşdırılması prosesi başa çatacaq

Telekommunikasiya Materials 17 Dekabr 2005 14:29 (UTC +04:00)

2006-cı ildə Bakıda rabitənin elektronlaşdırılması prosesi başa çatacaq. Bakı Telefon Rabitəsi İB-dən Trend ə verilən məlumata görə, hazırda bu istiqamətdə fəal işlər görülür.

Müəssisədən verilən məlumata görə, bu proses gələn ilin birinci yarısının sonuna kimi davam edəcək.

Ölkədə rabitənin 74%-i elektronlaşdırılıb.

Hazırda dövlət strukturu tərəfindən 60/69 indeksli və koordinat tipli ATS elektronlaşdırılır. Stansiyalar təxminən 67 min nömrə tutumludur.

Layihənin növbəti mərhələsində isə 70-79 indeksli ATS-in elektronlaşdırılması planlaşdırılır.

İB-də o da qeyd olunub ki, stansiyalar elektronlaşdırıldıqda blokirator nömrəli abunəçilərin xətləri avtomatik olaraq sərbəstləşdirilir.

Bu tədbirlər 2004-2008-ci illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına müvafiq olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti