...

İnformasiya Texnologiyaları İnstitutu telefon xidməti operatorları üzrəində nəzarət sisteminin tətbiqinin layihəsinə hazırlığı başa çatdırıb

Telekommunikasiya Materials 19 Dekabr 2005 14:18 (UTC +04:00)

Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) telefon xidməti operatorları üzrəində nəzarət sisteminin tətbiqinin layihəsinə hazırlığı başa çatdırıb. İTİ-dan Trend ə verilən məlumata görə, proqramlaşdırma və sınaq işləri üzrə işlər başa çatıb.

İnstitutdan qeyd edilib ki, bu günlərdə sistem layihəsinin ilkin variantı Aztelekom İstehsalat Birliyinə təqdim olunacaq. Qeyd edək ki, sistem İB-nin sifarişi ilə hazırlanıb.

Sistem on-line rejimində abunəçilərə xidmət göstərən operatorların bütün əməliyyatlarının qeydə alındığı məlumat bazasından ibarətdir.

Perspektivdə həmçinin, ölkə ərazisində bu sistemin genişləndirilməsi və onun Bakıda vahid mərkəzləşdirilmiş şəbəkədə birləşdirilməsi mümkündür.

İTİ-da belə hesab edilir ki, yeni sistem vasitəsilə göstərilən xidmətlərin keyfiyyətini müəyyən etmək mümkün olacaq və bu sahədə ən yaxşı xidmət göstərən rabitə işçisiinin müxtəlif mükafatlar və fəxri adlarla mükafatlandırılması mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti