...

Rabitə Nazirliyinin gəlirləri 675 milyard manat təşkil edir

Telekommunikasiya Materials 19 Dekabr 2005 17:28 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin gəliri 675 mlrd manat təşkil edib. Nazirlikdən Trend ə verilən məlumata görə, əhalinin ödəmələri üzrə 249 milyard manat həcmində də gəlir əldə edilib. Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 121 milrd manat və 30milrd manat çoxdur.

İlin əvvəlindən Rabitə Nazirliyi tərəfindən bütün ölkədə 140 715 telefon nömrəsi istismara verilib. "Bu dövrdə investisiya 125,3 mlrd manata yaxın olub", - deyə dövlət strukturundan bildirilib.

Bütün cari il ərzində Rabitə Nazirliyi Azərbaycanın telekommunikasiya sahəsinə 96,5 milyard manat investisiya qoymağı, rabitə sahəsində əhaliyə və təşkilatlara 670,1 milyard manat həcmində xidmət göstərməyi və dövlət büdcəsinə 100 milyard manat vəsait köçürməyi planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti