...

Azərbaycanda İKT şirkətlərinin sayı sürətlə artır

Telekommunikasiya Materials 20 Dekabr 2005 18:17 (UTC +04:00)

Azərbaycaninformasiya və kommunikasiya texnologiyaları üzrə 200-dən artıq, eləcə də 22 provayder şirkəti fəaliyyət göstərir. Bu barədə Trend ə İnformasiya Siyasəti Analitik Mərkəzinin direktoru, eyni zamanda ölkənin beynəlxalq layihəsi (Global Internet Policy Initiative) əlaqələndiricisi Yaşar Hacıyev məlumat verib.

1997-ci ildə Azərbaycanda bu göstərici 40, 1998-ci ildə 50, 1999-cu ildə 55, 2000-ci ildə 70-dən artıq olub.

Beynəlxalq "Qlobal İnternet Siyasi Təşəbbüsü" layihə (GIPI) dünyanın 26-dan artıq ölkəsində fəaliyyət gösrənə, MDB və Şərqi Avropanın bütün ölkələrini və bir sıra Asiya və Latın Amerikası ölkələrini əhatə edən Amerikanın humanitar Internews təşkilatı və Demokratiya və Texnologiya Mərkəzinin (ABŞ) təşəbbüsü ilə reallaşdırılır. Layihənin əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarının inkişafı məqsədilə milli qanunvericilik sitemində islahatların keçirilməsinə yardım edilməsidir.

Y.Hacıyev yola saldığımız ilin ən diqqətəlayiq hadisəsinin əhalinin ümumi sayına görə, İnternetdən fəal istifadəçilərin sayı ilə bağlı 5%-lik kritik həddini ötməsilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti