...

2006-cı ilin yanvarında Azərpocht DM-nə texniki yardım layihəsinin gerçəkləşdirilməsinə dair layihə həyata keçiriləcək

Telekommunikasiya Materials 20 Dekabr 2005 18:44 (UTC +04:00)

2006-cı ilin yanvarında Azərpocht DM-nə yeni texniki yardım layihəsinin gerçəkləşdirilməsinə başlanılacaq. AR rabitə və informasiya texnologiyaları nazirliyində Trend ə bildirilib ki, yeni layihə BMT-nin İnkişaf Proqramının vasitəçiliyi ilə Ümumdünya Poçt İttifaqı (ÜPİ) ilə birgə həyata keçirilir.

Layihə ölkə daxilində poçt daşımalarında istifadə üçün Azərpocht Dövlət Müəssisəsinə 7 kiçik yük maşınının alınmasını nəzərdə tutur.

"Hazırda artıq bütün hüquqi məsələlər həll edilib, müvafiq saziş imzalanıb və maşınların alınmasına maliyyə ayrılıb" -deyə nazirlikdə bildirilib.

Layihənin ümumi dəyəri $130 min təşkil edir, bundan $30 min ÜPİ tərəfindən təqdim edilir, qalan hissəni isə nazirlik maliyyələşdirir.

"Alınmış maşınlar artıq gələn ilin birinci yarısında Bakıya gətiriləcək"-deyə dövlət strukturunda bildirilib.

Hazırda ölkə daxilində poçt daşımalarının əsas marşrutları bunlardır: Bakı-Gəncə-Bakı, Bakı-Qəbələ-Bakı, Bakı-Horadiz-Bakı, yardımçı marşrutlar isə Gəncə-Qazax-Gəncə, Qəbələ-Balakən-Qəbələ marşrutlarıdır.

Bundan başqa, poçt rabitəsində Naxçıvan MR-də analoji layihə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti