...

Bakıda distant təhsil üzrə beynəlxalq seminar keçiriləcək

Telekommunikasiya Materials 21 Dekabr 2005 15:35 (UTC +04:00)

2006-cı ilin ikinci yarısında Bakıda "İnsan ehtiyatları potensialının artırılması. Distant təhsildən istifadə" mövzusu üzrə beynəlxalq seminar keçiriləcək. Rabitə və İnformasiya texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, gələn ilin sentyabr-oktyabr aylarına planlaşdırılan tədbir Ümumdünya Poçt İttifaqının təşkilatçılığı ilə birgə keçiriləcək.

Tədbirdə bir sıra ölkələrin İKT sahəsində mütəxəssislərin, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrin iştirakı da planlaşdırılıb.

Rabitə Nazirliyindən həmçinin, bildiriblər ki, bu dövrdə Bakıda həmçinin, poçt rabitəsi üzrə Regional Birliyin (RRB) 23-cü iclası və RRB-nin poçt operatorlarının Şurasının 12-ci iclası keçiriləcək.

Rabitə sahəsində Regional Birlik (RRB) 1991-ci il dekabrın 17-də Moskvada müstəqil dövlətlərin -Azərbaycan, Ermənistan, Belorus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rabitə idarələri rəhbərləri tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti