...

Goranboyda yeni elektron ATS-in açılış mərasimi keçiriləcək

Telekommunikasiya Materials 23 Dekabr 2005 17:13 (UTC +04:00)

Dekabrın 24-də Goranboyda yeni elektron ATS-in açılışı olacaq. Aztelekom İstehsalat Birliyindən Trend ə verilən məlumata görə, yeni stansiya 2528 nömrə tutumuna malikdir.

"Goranboyda bütün rabitənin elektronlaşdırılması ilə əlaqədar rayonun kəndlərində əvvəlki 7404 nömrə tutumlu ATS-dən fərqli olaraq 10024 nömrə tutumlu 27 EATS tikilib. Həmçinin, Tapqaraqoyunlu və Ağamalıoğlu rayonlarında EATS-in 2 binası yenidən inşa edilib. Bu ərazidə 90 km uzunluğunda fibrooptik yol salınıb ki, bu da regionda rabitə xidmətlərinin keyfiyyətinə böyük təsir göstərir", - deyə İB-də vurğulayıblar.

Goranboy mərkəzi rayon ATS-inin elektronlaşdırılması Çinin Huawei şirkəti, Goranboy Telekommunikasiya qovşağının kənd telefon şəbəkəsinin tam elektronlaşdırılması isə tender əsasında Türkiyənin Karel şirkəti tərəfindən həyata keçirilib.

Açılışda Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Aztelekom İB, Azərpoçt DM, həmçinin, Goranboyun İcra Hakimiyyəti nümayəndələri iştirak edəcək. Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun da iştirakı istisna edilmir.

Bu tədbirlər Rabitə və İnformasiya Texnologiyaları nazirliyi tərəfindən

2004-2008-ci illərdə ölkədə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti